13-01-2018 07:32:17

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yeni saytın proqramlaşdırılmasını başa çatdırıb



Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin internet resursunun həm məzmun, həm də dizayn baxımından təkmilləşdirilməsi məqsədilə yeni saytının (www.smp.gov.az) proqramlaşdırılması başa çatdırılıb. Sayt Xüsusi Dövlət Mühafizə Xidmətinin Data Mərkəzinin hostinq sistemində yerləşdirilib və istifadəyə verilib.

Bu barədə komitənin mətbuat xidmətindən bildirilib.

Hazırda komitənin yeni yaradılmış internet resursunda təsdiq edilmiş standartlar, akkreditasiya olunmuş laboratoriyalar, sertifikatlaşdırma qurumlarının siyahısı və onlar barədə ətraflı məlumat, uyğunluq sertifikatlarının elektron bazası, ölçmə vasitələrinin dövlət reyestrinin məlumatları, komitənin elektron xidmətləri, komitə sədrinin virtual qəbulu, eləcə də, cari xəbərlər ictimaiyyətə açıq şəkildə təqdim edilir.

Bundan əlavə, komitənin saytının mobil versiyası da hazırlanaraq istifadəyə verilib.

 

AzərTac İnformasiya Agentliyi (www.azertag.az)

Xəbər 121 dəfə oxunub
All rights reserved.