13-01-2018 07:46:52

“Pirelli” Azərbaycan Qran-Prisi üçün şinləri müəyyən edib


“Pirelli” şirkəti aprelin 27-dən 29-dək Formula-1 yarışmasının dördüncü mərhələsi olacaq Azərbaycan Qran-Prisində istifadə ediləcək şinlərin tərkibini açıqlayıb.

İtaliyalı şin istehsalçıları Bakıya “Soft”, “SuperSoft” və “UltraSoft” şinlərini gətirəcəklər.

Komandaların “Soft” və “SuperSoft” şinlərindən istifadə etməsi məcburidir. Onlar ən azı hərəyə bir dəst sifariş verməli və yarışmada heç olmasa birindən istifadə etməlidirlər. Ötən il Bakıdakı yarışlarda “Medium”, “Soft” və “SuperSoft” şinlərindən istifadə olunmuşdu.

 

AzərTac İnformasiya Agentliyi (www.azertag.az)

                                            (www. F1News.ru)

Xəbər 30 dəfə oxunub
All rights reserved.