24-01-2018 09:02:45

Samandan karbon lifi hazırlanıb



ABŞ-ın Milli Bərpa Olunan Enerji Laboratoriyasının tədqiqatçıları tərəfindən saman və qarğıdalı qıçalarından ibarət karbon lif yaradılıb.

Alimlər bu lifin ucuz avtomobillər hazırlamağa, o cümlədən atmosferə atılan karbon dioksidin (CO2) səviyyəsini azaltmağa imkan verəcəyini ehtimal edirlər.

Karbon lif poladdan beş dəfə daha möhkəm və yüz dəfə yüngüldür. Bu materialın istifadə olunduğu avtomobillər əvvəlkilərlə müqayisədə az yanacaq sərf edəcəklər.

 

AzərTac İnformasiya Agentliyi (www.azertag.az)

Xəbər 54 dəfə oxunub
All rights reserved.