30-01-2018 12:09:41

Alimlər insanın daxili orqanlarını görməyə imkan verən yeni texnologiya hazırlayıblar



Kanada alimləri tərəfindən hazırlanmış layihəyə əsasən insanın daxili orqanlarını cərrahi müdaxilə olmadan görmək mümkündür. “ProjectDR” AR-texnologiyası pasiyentin daxili orqanlarını o, hərəkət etdikdə belə görməyə imkan verir.

“ProjectDR” texnologiyasından əsasən cərrahi simulyasiyalarda istifadə ediləcək. Mütəxəssislər hesab edirlər ki, sistem yeni başlayan cərrahlar və manual terapevtlər üçün dərslərdə lazım ola bilər.

 

AzərTac İnformasiya Agentliyi (www.azertag.az)

                                             (www. futurist.ru)

 

Xəbər 78 dəfə oxunub
All rights reserved.