14-02-2018 08:37:02

Yaponiyada onsen Valentin günündə müştərilərə şokolad vannası təklif edir





Sevgililərin bayramı hesab edilən müqəddəs Valentin günündə Yaponiyanın məşhur turizm rayonlarından biri olan Hakonedə “Yunessun” onseni ziyarətçilərə şokolad vannası təklif edir.

Həmin gün sevgililərin bayramı olmasına baxmayaraq, yalnız gənclər deyil, eyni zamanda uşaqlı ailələr də böyük məmnuniyyətlə bu bayramın sevincini yaşamağa çalışırlar. Bayram günü və bu ərəfədə onsenə gələnlərin sayı həddindən artıq çox olur. Onsenin aşpaz paltarı geymiş xidmətçiləri onları müxtəlif şokolad növlərinə qonaq edirlər. Ailəliklə bayrama qatılan insanlar çox da böyük olmayan hovuzlarda həm isti su qəbul edir, həm də isti şokoladın dadına baxırlar.

Müqəddəs Valentin günündə qadınların kişilərə şokolad hədiyyə etməsi ənənəsi Yaponiyada qədim dövrlərdən mövcuddur.

Statistik məlumatlara görə, Yaponiyada il ərzində ən çox şokolad məhz Valentin günündə satılır.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 90 dəfə oxunub
All rights reserved.