21-02-2018 13:25:37

Yapon alimlər birbaşa insan əlinə yapışdırılan elastik displey hazırlayıblar



Yapon alimlər birbaşa insan əlinə yapışdırılaraq istifadə edilən incə, elastik displey hazırlayıblar.

NHK telekanalına istinadla xəbər verir ki, displeyin qalınlığı cəmi 1 millimetrə bərabərdir. Onun rezin örtüyə bərkidilən mikroişıqlandırıcılardan ibarət olduğu bildirilir. Bu cür ən böyük displeyin ölçüləri 6x10 santimetr təşkil edir.

Həmin displey sadə işarələri və videoları əks etdirmək qabiliyyətinə malikdir.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 81 dəfə oxunub
All rights reserved.