13-03-2018 05:00:07

Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib



Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə martın 12-də stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib.

Federasiyadan bildiriblər ki, 2000-2002-ci, 2003-cü il təvəllüdlü və daha aşağı yaşlı gənclər və yeniyetmələrin mübarizə apardıqları turnir şəxsi və komanda xarakteri daşıyır. Birincilikdə respublikanın müxtəlif bölgələrindən 13 qız və 12 oğlan komandası olmaqla 100-dən çox idmançı iştirak edir.

Yarışlar martın 16-dək davam edəcək. Turnirin qalibləri və onların məşqçiləri Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları ilə təltif olunacaqlar.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 44 dəfə oxunub
All rights reserved.