13-03-2018 06:27:55

Gənc rəssamlar üçün rəsm müsabiqəsi elan edilib



“Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə “Art Tover” qalereyası rəsm müsabiqəsi elan edib.

“Start” layihəsi çərçivəsində gerçəkləşən müsabiqə Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Gənclər Şəbəkəsinin dəstəyi ilə təşkil olunub.

Gənc və həvəskar rəssamların inkişafı üçün nəzərdə tutulan müsabiqənin kuratoru Natalya Yarkovayadır. Müsabiqədə fırça ustalarının fərqli üslubda və texnikada işlənən sənət əsərləri- rəngkarlıq, qobelen və heykəltəraşlıq nümunələrinə üstünlük veriləcək. İştirak etmək istəyənlər əsərlərini aprelin 20-dək sergi@artscouncil.az elektron ünvanına göndərə bilərlər.

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanımaq və tanıtdırmaqdır.

Qeyd edək ki, toplanmış əsərlərdən ibarət sərginin mayın 1-də açılacağı nəzərdə tutulur.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 111 dəfə oxunub
All rights reserved.