12-04-2018 10:19:16

14 ildə Azərbaycanda 554,4 milyon ton xam neft hasil edilib



Azərbaycanda 2014-2017-ci illərdə qaz kondensatı da daxil edilməklə 554,4 milyon ton xam neft, 308,5 milyard kub-metr təbii qaz hasil edilib, 16,5 milyon ton avtomobil benzini, 32,8 milyon ton dizel yanacağı, 8,8 milyon ton ağ neft istehsal olunub.

Bu barədə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

O bildirib ki, 2003-cü illə müqayisədə neftin hasilatı 2,5 dəfə, təbii qazın hasilatı isə 5,6 dəfə artıb.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 72 dəfə oxunub
All rights reserved.