14-04-2018 10:36:31

Binəqədi rayonunda gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirildi-FOTOLAR



13 Aprel 2018-ci il tarixdə Biləcəri qəsəbəsində yerləşən “Milli Qəhrəmanlar” parkında Binəqədi Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin birgə təşkilatçılığı ilə gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirildi. 
Yolasalma mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi rayonunda fəaliyyət göstərən İctimai- Birliklərinin rəhbərləri, YAP Gənclər Birliyinin fəal üzvləri, Aprel şəhidlərinin valideynləri, hərbi xidmətə yola salınan gənclər və məktəblilər iştirak etdilər.
Tədbir başlamazdan öncə Milli Qəhrəmanlar abidəsinin önünə əklil qoyuldu. Azərbaycan Respublikasının Dövlət himi ilə tədbir açıq elan edildi. 
Çıxış üçün söz verilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, hərbi xidmətə yola düşən çağırışçının valideyni Fərqanə Əhmədova, hərbi xidmətə yola düşən çağrışçı Rəsul Hüseynov vətən anlayışının hamını əhatə etdiyini, sərhəd dedikdə fərq qoyulmadan hamının nəzərdə tutulduğu fikrini səsləndirdilər. Natiqlər Azərbaycan torpağının üzərinə səpələnən hər bir azərbaycanlının bu torpağın düşmən çəpəri, sərhədinin keşiyində duran şanlı əsgər olduğunu, bununla yanaşı vətənpərvərlik anlayışının həm də vətən naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, xalqın hər bir uğurunda pay sahibi olmaq olduğunu ifadə etdilər.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov Aprel ayının tariximizə qələbə ayı kimi həkk olunduğunu, ordumuzun qəhrəman əsgərlərinin düşmən ordusunu ağır məğlubiyyətə uğradaraq, xalqımıza zəfərin çox yaxında olduğunu göstərdiyini dedi. Natiq Lələtəpəyə üçrəngli şanlı Azərbaycan bayrağını sancan, düşmən əsarətində olan torpaqlarımıza arzusunda olduğu müstəqilliyi daddıran, hər bir vətəndaşa şərəfli qəhrəmanlıq əzmi bəxş etdirən qəhrəman əsgərlərimizin, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə yeni qələbə və zəfərlərə çatacağına əmin olduğunu qeyd etdi/
Tədbir 299 nömrəli məktəb-liseyin şagirdlərinin ifasında – “Torpağın səsi” kompozisiyası ilə davam etdirildi.

Sonda gənc çağrışçılar “Cəngi” sədaları altında Azərbaycan bayrağını öpərək hərbi xidmətə yola salındılar.

Binəqədi rayonunda gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirildi
 
 
 
 
 
 
 
 
 
Xəbər 88 dəfə oxunub
All rights reserved.