04-05-2018 14:27:36

Binəqədi rayonu 158 saylı körpələr evi-uşaq bağçasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirildi-FOTOLAR



Binəqədi rayonu 158 saylı körpələr evi-uşaq bağçasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə YAP Binəqədi rayon Təşkilatının nümayəndəsi Anar Əliyev, 158 saylı körpələr-evi uşaq bağçasının müdiri Rəfiyyə Əsədova  iştirak etdilər. Tədbirdə çıxış edən YAP Binəqədi rayon Təşkilatının nümayəndəsi Anar Əliyev, 158 saylı körpələr-evi uşaq bağçasının müdiri Rəfiyyə Əsədova ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət olduğunu vurğuladılar. Ulu öndərin müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı mühüm addımlardan bəhs olundu, elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərindən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramlarından danışıldı. Sonra bağçanın balaca fidanlarının hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

 

Binəqədi rayonu 158 saylı körpələr evi-uşaq bağçasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirildi
 
 
 


Xəbər 50 dəfə oxunub
All rights reserved.