16-05-2018 08:04:52

Binəqədi Rayon İcra Hakimiyyətində 4 may tarixindən etibarən təcrübə keçən 13 – cü qrup ASAN könüllüləri ilə görüş keçirildi-FOTOLAR




Binəqədi Rayon İcra Hakimiyyətində 4 may tarixindən etibarən təcrübə keçən 13 – cü qrup ASAN könüllüləri ilə görüş keçirildi. Görüşdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavini Aygün Əliyeva, Aparatın şöbə müdiri Elman Dadaşov və 13-cü qrup ASAN könüllüləri iştirak ediblər. Görüşü açıq elan edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov gəncləri salamlayıb və onlara könüllük peşəsini şərəflə, əzmlə icra etmələri münasbətilə təbrik edib. Natiq qeyd edib ki, Ulu öndər Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu öndər Heydər Əliyev dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Natiq onu da vurğuladı ki, bu gün bu siyasət ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi inkişaf səviyyəsi gəncliyin də mənəvi-psixoloji yüksəlişini təmin edib. Bu gün sizlərin bütün dövlət qurumlarında bu cür təcrübə keçməyiniz çox məsuliyyətli və gələcək həyatınız üçün önəmlidir. Hər birinizə bu yolda uğurlar diləyirəm. Daha sonra gənclər öz təəssüratlarını bölüşərək şöbələrdə öyrəndikləri işlər haqqında ətraflı məlumat verdilər. Sonda xatirə şəkili çəkdirilmişdir.

Binəqədi Rayon İcra Hakimiyyətində 4 may tarixindən etibarən təcrübə keçən 13 – cü qrup ASAN könüllüləri ilə görüş keçirildi
 
 
 
 
 
 
 
 
 
Xəbər 78 dəfə oxunub
All rights reserved.