11-07-2018 07:33:42

Kestutis Jankauskas: Azərbaycan Avropa İttifaqı üçün ən iri elektron ticarət potensialı olan ölkədir



Azərbaycan Avropa İttifaqı üçün ən iri elektron ticarət potensialı olan ölkədir.

Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas "Azərbaycanda elektron ticarət: mövcud vəziyyət və inkişaf perspektivləri" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, Azərbaycanda böyük perspektivlər var. Azərbaycan Avropa İttifaqı üçün böyük tranzit potensialına malik ölkədir. Burada dəniz, su və dəmir yolları xətləri var. Bu xidmətlər də getdikcə rəqəmsallaşır.

Səfir qeyd edib ki, Avropa İttifaqı bu sahədə öz təcrübəsini Azərbaycana gətirə bilər: Hazırda Avropada əksər xidmətlər onlayndır. Azərbaycan da bu istiqamətdə inkişaf etməlidir. Avropa İttifaqı bu sahədə Azərbaycana dəstək verməyə hazırdır.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 66 dəfə oxunub
All rights reserved.