12-07-2018 07:14:12

Gəncə şəhərində həyata keçirilmiş terror aktının və baş vermiş ixtişaşların ideya müəlliflərini, təşkilatçılarını, icraçılarını və bu cinayətləri dəstəkləyənləri lənətləyirik



Bu günlərdə Gəncə şəhərində həyata keçirilmiş terror aktının və baş vermiş ixtişaşların ideya müəlliflərini, təşkilatçılarını, icraçılarını və bu cinayətləri dəstəkləyənləri lənətləyirik.

Əminik ki, ölkənin hüquq-mühafizə orqanlarının peşəkarlığı sayəsində dövlətə qarşı yönəlmiş bu cinayətdə iştirakı olan sonuncu nəfərə qədər hamısı tutularaq məsuliyyətə cəlb ediləcək və onlar haqqında sərt tədbirlər görüləcəkdir.

Xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan yüksək rütbəli iki zabitimizə-polkovnik İlqar Balakişiyevə və polkovnik-leytenant Səməd Abbasova allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə baş sağlığı veririk.

Eyni zamanda biz Azərbaycanda sabitliyi pozmağa cəhd edən qruplara səslənirik.

Müstəqil Azərbaycanın ən böyük uğurlarından biri ölkədə möhkəm ictimai-siyasi sabitliyin bərqərar olmasıdır. Biz bu sabitliklə qürur duyur, onu canımız və qanımızla qorumaq əzmindəyik.

Bu sabitliyin kökü Azərbaycanın  Prezidenti İlham Əliyevlə Azərbaycan xalqının vəhdətidir.

Heç kəs bu birliyi, bu vəhdəti sarsıda, bu sabitliyi poza, ona xələl gətirə bilməz. Bu birliyə xələl gətirmək istəyənlərə din pərdəsi altında dövlətçiliyimizə qarşı yönəlmiş seperatçılıq hərəkatının ideoloqlarına səslənirik. Hər zaman olduğu kimi arzunuz gözünüzdə qalacaqdır.

Xəbər 1168 dəfə oxunub
All rights reserved.