08-10-2018 06:12:32

Binəqədi rayonunda “5 Oktyabr - Beynəlxalq müəllimlər günü”nə həsr edilmiş tədbir keçirilib-FOTOLAR



Binəqədi Rayonu İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Binəqədi Rayon Komitəsi və Xəzər Universiteti “ Dünya məktəbi ”nin birgə təşkilatçılığı ilə “5 Oktyabr - Beynəlxalq müəllimlər günü”nə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Rayon İcra Hakimiyyətinin şöbə müdirləri Ramiz Göyüşov, Elman Dadaşov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Binəqədi rayon komitəsinin sədri Almaz Hacıyeva və rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin nümayəndələri iştirak etmişlər.

Tədbirdə çıxış edən professor Hamlet İsaxanlı müəllimlik peşəsinin məsuliyyətli və şərəfli iş olduğunu qeyd edərək müəllimin yüksək əqidəyə, mədəniyyətə və mənəviyyata malik olaraq daim düzgün vətəndaşlıq mövqeyi nümayiş etdirməli olduğunu bildirdi.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə ölkə prezidenti tərəfindən təhsilin inkişafına diqqətlə yanaşıldığını qeyd etdi. Natiq əldə edilmiş nailiyyətlərin məhz bu diqqət və qayğının nəticəsi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. 
YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov müəllimlərin uşaq və gəncləri vətənə məhəbbət ruhunda tərbiyə etdiyini, onları vətənin müdafiəsinə hazırladığını vurğulayaraq xalqın gələcəyinin müəllimlərin əsas silahı olan bilikdən asılı olduğunu qeyd etdi.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı adından müəllimləri təbrik edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş təhsil siyasətində son illər digər sahələrdə olduğu kimi yaddaqalan uğurlar əldə edildiyini bildirdi. Aygün Əliyeva vurğuladı ki, Azərbaycanda yeni gənc nəslin yetişməsi və tərbiyə olunmasında təhsilin, məktəbin əhəmiyyəti, rolu çox böyükdür. Bütün bu uğurlar Prezident İlham Əliyevin təhsil sahəsində apardığı siyasətin məqsədyönlülüyünün bariz sübutudur. 
Daha sonra Beynəlxalq Müəllim Günü münasibətilə təhsil sahəsində qazandığı uğurlara və rayonun ictimai həyatında fəal iştirakına görə bir qrup təhsil işçisi Fəxri Fərman və hədiyyələrlə təltif olundular. Tədbir Xəzər Universitetinin kamera orkestrinin ifasında klassik musiqi sədaları ilə davam etdirildi. Sonra iştirakçılar üçün çay süfrəsi təşkil edildi, rayonun balaca fidanları müəllimləri gül dəstələri ilə təbrik etdilər.

Binəqədi rayonunda “5 Oktyabr - Beynəlxalq müəllimlər günü”nə həsr edilmiş tədbir keçirilib
 
 
 
 
 
 
 
 
 
 
 
 
1 2



Xəbər 127 dəfə oxunub
All rights reserved.