11-10-2018 12:09:31

Qablaşdırma Assosiasiyasının üzvlərinə "Made in Azerbaijan" brendinin təşviqi mexanizmləri barədə məlumat verilib



Oktyabrın 10-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İxracatçılar Klubunun növbəti iclası çərçivəsində Qablaşdırma Assosiasiyasının üzvləri ilə görüş keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirov Azərbaycanda qeyri-neft məhsullarının istehsalı və ixracının artırılması, "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, sahibkarları öz məhsullarının xarici bazarlarda tanıdılması məqsədilə "Made in Azerbaijan" brendinin təşviqi mexanizmlərindən yararlanmağa çağırıb.

Zöhrab Qədirov klub çərçivəsində sahibkarlar üçün yaradılan əlverişli imkanları diqqətə çatdırıb, ixracatçıları kluba üzv olmağa dəvət edib.

Sonda "Made in Azerbaijan" brendinin təşviqi mexanizmləri, eləcə də İxracatçılar Klubunun fəaliyyəti barədə iş adamlarını maraqlandıran suallar cavablandırılıb.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 28 dəfə oxunub
All rights reserved.