YENİ AZƏRBAYCAN
PARTİYASI
BİNƏQƏDİ RAYON
TƏŞKİLATI

2019-02-19
12:45:25



12-10-2018 07:48:35

Xəbər 63 dəfə oxunub
“Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
Oktyabrın 23-24-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək.
Qoruq İdarəsindən bildirilib ki, konfransda 30 ölkədən 150 xarici qonaq iştirak edəcək. İştirakçıların əksəriyyəti islam aləmində ən uzunmüddətli hakimiyyətə malik Şirvanşahlar dövlətinin (VI-XVI əsrlər) min illik tarixi, memarlığı, arxeologiya, etnoqrafiya, ədəbiyyat, epiqrafiya və fəlsəfəsi mövzularında məruzələrlə çıxış edəcəklər.
AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

