06-11-2018 06:09:33

Ziyad Səmədzadə: İqtisadi sahədə qazanılan nailiyyətlər ciddi göstəricilərlə xarakterizə olunur



“Dünyada gedən qlobal proseslərə baxmayaraq, Azərbayan iqtisadiyyatı dayanıqlılığını nümayiş etdirir. Bunun əsasında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasəti dayanır”. Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, iqtisadi sahədə qazanılan nailiyyətlər ciddi göstəricilərlə xarakterizə olunur. Onun sözlərinə görə, dövlət büdcəsi də bu nailiyyətlərin əldə olunmasında mühüm vasitədir.

“Hökumət, eləcə də büdcənin hazırlanmasında iştirak edən qurumlar və strukturların kifayət qədər məsuliyyətli yanaşmalı ildən ilə büdcə zərfindəki göstəricilərin daha da yaxşılaşmasına səbəb olur. Ölkəmizdə büdcə sistemi haqqında mühüm qərar qəbul edilib. Deyə bilərəm ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafında yeni büdcə sistemi ilə bağlı dəyişikliklər mühüm rol oynayacaq. Məhz görülən işlərin nəticəsi olaraq, növbəti ilin büdcəsindəki parametrlər bir neçə istiqamət üzrə daha da yaxşılaşıb. Azərbaycanın nüfuzunun artıran əsas göstəricilərindən biri büdcədə şəffaflığını təmin edilməsi, kölgə iqtisadiyyatının azalmasıdır. Bütün bunlar 2019-un büdcəsinin layihəsində də yer alıb. Büdcə sistemində yeni meyarlar tətbiq edilib ki, bu meyarlar dövlət büdcəsinin keyfiyyət göstəricilərinin yaxşılaşmasına kömək edəcək”-deyə, komitə sədri vurğulayıb.

http://www.yap.org.az

Xəbər 63 dəfə oxunub
All rights reserved.