06-11-2018 06:21:28

Arximandrid Filaret: Azərbaycan bizə dinlərarası dialoqun çox gözəl nümunəsini təqdim edir



Bu, mənə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin xeyir-duası və şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə iştirak etmək şərəfi nəsib olan ikinci konfransdır.

Bu sözləri Moskva Patriarxatının xarici kilsə əlaqələri şöbəsinin sədri Arximandrid Filaret Madriddə keçirilən “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfransda söyləyib.

O deyib: “Mən çıxışımda insan həyatının bütün sahələrinə nüfuz etmiş ümumi qarşılıqlı inamsızlığı müasir dövrün əsas bəlalarından biri adlandırdım. Dini liderlər belə inamsızlığın aradan qaldırılmasına töhfə verməyə çalışırlar. Dini liderlər öz etiqadlarına əsaslanaraq, təmsil etdikləri dini icmaların və bütövlükdə cəmiyyətin sadəcə mövcud inamsızlığı dəf etməsinə deyil, həm də öz xalqları üçün təhlükəsiz və dinc gələcəyi birgə qurmasına kömək etməyə can atırlar.

Azərbaycan bizə dinlərarası dialoqun çox gözəl nümunəsini təqdim edir. Qeyd edim ki, Azərbaycanda islam icması ilə pravoslav yeparxiyası arasında yaxşı münasibətlər mövcuddur. Bu, sadəcə dostluq münasibətləri deyildir, bu münasibətlər insanların dini etiqadından asılı olmadan bütün Azərbaycan cəmiyyətinə ümumi xidmətə yönəlib. Dini icmalar da insanların rifahı ilə bağlı ümumi nöqteyi-nəzərə əsaslanaraq əməkdaşlıq edirlər”.

http://www.yap.org.az

Xəbər 48 dəfə oxunub
All rights reserved.