26-11-2018 09:04:51

Binəqədi rayonunda ağacəkmə aksiyası keçirilmişdir-FOTOLAR



Dövlət başçısı cənab İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq zolaqlarının genişləndirilməsi işi paytaxtın bütün rayonlarında olduğu kimi Binəqədi rayonunda da əsas proritet istiqamət təşkil edir. Sağlam və təmiz ətraf mühitin yaradılması məqsədi ilə Bakı şəhərində mütamadi olaraq rayon iməclikləri keçirilməkdədir.
24 noyabr 2018- ci il tarixdə Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən Motodrom yaşayış massivində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyəti,Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilmişdir.

Tədbirdə Binəqədi RİH başçısı Elxan Allahverdiyev, Binəqədi RİH başçısının müavinləri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, aparatın məsul şəxsləri, YAP Binəqədi rayon təşkilatının fəal gəncləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Azərbaycan Bariatrik və Metobolik Cərrahlar Assosasiyasının üzvləri, Binəqədi rayon bələdiyyələrinin, MKTB-nin , rayon Yaşıllaşdırma İdarəsinin əməkdaşları iştirak etmişdilər. 350-dən çox insanın iştirak etdiyi aksiyada Bakı Şəhər İcra Hakimiyyətinin tövsiyyəsinə əsasən Abşeron yarımadasının iqlim şəraitinə uyğun olaraq 650-dən çox şam, küknar, badam, zeytun, tut ağacı əkilmişdir. 
Aksiya zamanı milli ruhda musiqi nümunələri səsləndirilmiş, çay süfrəsi təşkil edilmişdir.
Qeyd edək ki, ümumrayon iməcliyi çərçivəsində rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların ərazilərində, o cümlədən, təhsil və səhiyyə müəssisələrində də iməcliklər keçirilmiş və yaşıllıq zolaqları salınmışdır.

Binəqədi rayonunda ağacəkmə aksiyası keçirilmişdir
 
 
 
 
 
 
 
 
 
 


Xəbər 94 dəfə oxunub
All rights reserved.