30-11-2018 08:15:12

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının “Səttər Bəhlulzadə 44” ünvanlı ərazi ilk partiya təşkilatının seçki yığıncağı keçirildi-FOTOLAR



29 noyabr 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının “Səttər Bəhlulzadə 44” ünvanlı (Əmək və Məşğulluq Mərkəzi) ərazi ilk partiya təşkilatının seçki yığıncağı keçirildi.

İclasda Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının “Səttər Bəhlulzadə 44” ünvanlı (Əmək və Məşğulluq Mərkəzi) ƏİPT-nın gördüyü işlərin hesabatı dinlənildi, təşkilatının idarə heyətinin tərkibi, ərazi ilk partiya təşkilatının yeni sədr və müavinləri barədə geniş müzakirələr aparıldı.

İclası giriş nitqi ilə açan ƏİPT-nın üzvü Elnur Əkbərov gündəlikdə duran məsələlər barədə məlumat verdi. Elnur Əkbərov ərazi ilk partiya təşkilatının fəaliyyət dövrü ərzində görülən işlər barəsində məlumat verdi və ötən illər ərzində təşkilatın səmərəli fəaliyyətindən bəhs etdi. Hal-hazırda üzvlərinin sayının 19 nəfərdən ibarət olduğunu bildirdi. Yeni Azərbaycan Partiyası sıralarının günbəgün genişləndiyini qeyd etdi.

Daha sonra iclasın sədri Elnur Əkbərov gündəlikdə duran digər  məsələləri müzakirəyə çıxardı. Gündəlikdə olan məsələrə ətrafında polemikalar aparıldı, məsələlər səsə qoyularaq, idarə heyətinin üzvləri, sədr, sədr müavinləri təsdiqləndi.

Sonda isə iclasın sədri Elnur Əkbərov yekun çıxışını etmək üçün sözü Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşova verdi.

Ramiz Göyüşov ilk əvvəl tədbir iştirakçılarını salamlayaraq, belə tədbirdə iştirakından məmnunluğunu ifadə etdi. O, son illərin ölkəmiz və eləcə də rayonumuz üçün böyük inkişaf illəri və böyük irəliləyiş illəri olduğunu qeyd etdi. Xüsusilə vurğuladı ki, bütün bunlar Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsidir.

Daha sonra Ramiz Göyüşov qeyd etdi ki, Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə böyük nüfuza sahib olan partiyadır. Ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, eyni zamanda siyasi mübarizələrlə dolu şərəfli bir yol keçdiyini əlavə etdi. Həmçinin Yeni Azərbaycan Partiyasının böyük seçki təcrübəsi var. Təsadüfi deyil ki, 1993-cü ildən ötən müddətdə ölkəmizdə keçirilən bütün prezident, parlament, bələdiyyə və referendum seçkilərinin qalibi Yeni Azərbaycan Partiyası olub, deyə vurğuladı. Ramiz Göyüşov bu qələbələrin Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yerinin möhkəm olduğunu, həmçinin, dövlətçiliyimizin  möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq, xalqın bu təşkilata böyük etimad göstərdiyini təsdiq etdiyini, dedi. Prezident cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirir. Artıq bu gün müstəqil dövlətimiz bölgədə söz sahibidir, Azərbaycan regionda hər hansı transmilli layihələr həyata keçirilməsində böyük rol oynayır. Bir sözlə, Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti olması və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunun artması dünyanın nüfuzlu siyasətçiləri tərəfindən də etiraf olunur.

Nitqinin davamı olaraq bildirdi ki, bu gün sevindirici haldır ki, tədbir iştirakçılarının əksəriyyət gənclərdən ibarətdir və bu onu göstərir ki, YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Ümumiyyətlə, ulu öndərin rəhbərlik etdiyi və onun ideyalarına sadiq qalan YAP hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib.

Bütövlükdə, ölkəmizdə həyata keçirilən siyasətin əhalinin rifah halının yüksəlməsi ilə müşayiət olunduğunu vurğuladı. Bir sözlə, prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xalqa xidmət edir və bu siyasətin əsasında milli maraqlarımız dayanır.

Sonda Ramiz Göyüşov “Səttər Bəhlulzadə 44” ünvanlı (Əmək və Məşğulluq Mərkəzi) ƏİPT-nın yeni seçilmiş idarə heyətini, sədr və sədr müavinlərini təbrik edərək uğurlar arzuladı.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni üzv olmuş şəxslərin üzvlük vəsiqəsi təqdim edildi.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının “Səttər Bəhlulzadə 44” ünvanlı ərazi ilk partiya təşkilatının seçki yığıncağı keçirildi
 
 
 
 
 
 


Xəbər 168 dəfə oxunub
All rights reserved.