06-12-2018 08:08:23

Bakıda isveçli rəssamın əsərləri sərgilənəcək



Dekabrın 6-da İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında isveçli rəssam Simon Arnsın fərdi sərgisi açılacaq.

Sərgi İsveçin Azərbaycandakı səfirliyinin dəstəyi, “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının təşkilatçılığı ilə reallaşacaq. Sərgidə rəssamın 40-dək sənət əsəri nümayiş olunacaq.

Dekabrın 8-dək ziyarətçilər üçün açıq qalacaq sərgi ilə hər kəsin tanış olmaq imkanı var.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 13 dəfə oxunub
All rights reserved.