19-12-2018 11:10:11

Binəqədi rayon gəncləri Slovakiyada keçirilən beynəlxalq layihədə iştirak etmişdir-FOTOLAR



Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.8.-ci maddəsinin (Gənclərin beynəlxalq əməkdaşlığı və mübadiləsinin genişləndirilməsi) icrasına uyğun olaraq 03.12.2018-11.12.2018-ci il tarixlərdə Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Binəqədi rayonunun fəal gəncləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının üzvləri Eldar Qurbanov və İsa Bayramov Slovakiya Respublikasının Kisak şəhərində səfərdə olmuşdur. Gənclər səfər zamanı Avropa İttifaqının “ERASMUS+” proqramı çərçivəsində “TRAİNBOW” adlı beynəlxalq layihədə və gənclərlə iş sahəsində aparılan maarifləndirici layihələrin planlaşdırılması, təşkili və qiymətləndirilməsi haqqında olan təlim-məşğələlərdə iştirak etmişdirlər. O cümlədən, gənclər layihə müddətində Azərbaycanda həyata keçirilən gənclər siyasəti, gənclərə göstərilən diqqət və qayğı, ölkəmizin milli mətbəxi, tarixi və Dağlıq Qarabağ münaqişəsi haqqında layihə iştirakçılarına ətraflı məlumat vermişdir.

Qeyd edək ki, layihədə Almaniya, Belarusiya, Bolqarıstan, Estoniya, Malta, Moldova, Slovakiya, Ukrayna, Yunanıstan, Ermənistandan olan nümayəndə heyətləri də iştirak etmişdir.

Binəqədi rayon gəncləri Slovakiyada keçirilən beynəlxalq layihədə iştirak etmişdir
 
 
 
 


Xəbər 268 dəfə oxunub
All rights reserved.
Error