11-01-2019 05:57:06

Rufiz Qonaqov: Qoşulmama Hərəkatına sədrlik Azərbaycana öz həqiqətlərini dünyada daha geniş yaymaq üçün əlavə imkanlar verəcək




Azərbaycan həyata keçirdiyi uğurlu diplomatiya nəticəsində beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Ölkəmiz qlobal problemlərin həllinin müzakirə olunduğu məkana çevrilib.

Bu fikirləri açıqlamasında politoloq, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib.

O, Azərbaycanın xarici siyasətinin uğurlarından, getdikcə artan nüfuzundan danışarkən 120-dən çox ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatına bu ildən sədrlik edəcəyini xatırladıb və bunun əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu, Prezident İlham Əliyevin uğurlu xarici siyasət həyata keçirməsinə daha bir nümunədir. 2018-ci ildə Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən toplantıda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyündən qısa müddət keçməsinə baxmayaraq ölkəmizin bu təşkilata sədrliyi önəmli hadisədir. Qoşulmama Hərəkatı dünyanın sülhsevər təşkilatı kimi dünyada böyük nüfuza malikdir. Ölkəmiz bu təşkilata sədrliyi dövründə onun fəaliyyətinə öz töhfəsini verməklə yanaşı, Azərbaycan həqiqətlərinin dünyada daha geniş yayılması istiqamətində əlavə imkanlar əldə edəcək. Bundan başqa, Azərbaycanda dünyada sülhün təmin olunmasına öz töhfəsini verəcək.


AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)



Xəbər 40 dəfə oxunub
All rights reserved.
Error