24-01-2019 07:03:42

Azərbaycan voleybolçularının “Avro-2019”dakı rəqibləri müəyyənləşib



Yanvarın 23-də İstanbulda qadın voleybolçulardan ibarət komandalar arasında Avropa çempionatının püşkü atılıb.

Azərbaycan millisi püşkatma zamanı üçüncü səbətdə yer alıb. Azərbaycan ilə yanaşı, Belarus, Ukrayna və Fransa yığmaları da bu səbətdə qərarlaşıblar.

Birinci səbətdə Serbiya, Hollandiya, İtaliya, Rusiya, ikinci səbətdə Almaniya, Belçika, Bolqarıstan, Xorvatiya, dördüncü səbətdə Rumıniya, Finlandiya, İspaniya, Sloveniya, beşinci səbətdə isə Portuqaliya, İsveçrə, Yunanıstan və Estoniya yığmaları yer alıblar.

Püşkün nəticəsinə görə, millimiz “C” qrupunda Macarıstan, Niderland, Xorvatiya, Rumıniya və Estoniya yığmaları ilə birgə mübarizə aparacaq. Bu qrupun oyunlarına Budapeşt ev sahibliyi edəcək.

Avropa çempionatı avqustun 23-dən sentyabrın 8-dək Türkiyə, Polşa, Macarıstan və Slovakiyada təşkil olunacaq.

Qeyd edək ki, 2017-ci il Avropa çempionatına Azərbaycan və Gürcüstan birgə ev sahibliyi edib.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 33 dəfə oxunub
All rights reserved.
Error