25-01-2019 08:39:46

Bakı üzrə tikintiyə icazələrin alınması sadələşdirilib: 138 prosedurdan 7 prosedura endirilib



Yanvarın 25-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakı şəhəri üzrə tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üzrə elektron müraciət sisteminin təqdimatı keçirilib.

Komitənin beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbə müdiri Rüfət Mahmud yeni sistemin üstünlüklərindən danışıb. Bildirib ki, tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması proseduru 116 gündən 18 günədək azaldılıb. Sahibkarların xərcləri isə 4 dəfəyədək aşağı düşüb. Ötən il prosedurların sayı 138 idi, lakin yeni qaydalara əsasən, bu, 7 prosedura qədər azaldılıb. Sahibkar 18 gün ərzində tikintiyə icazəni əldə edə biləcək. Əvvəllər isə bu 116 gün idi. Yeni qaydalara əsasən, obyekt 10 gün ərzində istismara başlaya bilər.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 201 dəfə oxunub
All rights reserved.
Error