25-01-2019 08:43:42

Vüqar Məmməd: Ustalıq səviyyəmizi oyundan oyuna yüksəltməliyik



Məşqlərdən və oyunlardan maksimum yararlanmağa çalışırıq. Hava şəraiti proqramımızı bir neçə dəfə dəyişməyə məcbur edir.

Bu sözləri Antalyada təlim-məşq toplanışı çərçivəsində Küveytin müvafiq yaş qrupundan ibarət komandası ilə yoxlama oyunu keçirən U-19 yığmamızın baş məşqçisi Vüqar Məmməd deyib.

Mütəxəssis bildirib ki, komandam rəqibdən çox üstün idi. Yeganə çatışmayan amil o oldu ki, yaranmış epizodları qola çevirə bilmədik. Ustalıq səviyyəmizi oyundan oyuna yüksəltməliyik. Düşünürəm ki, bu gün qələbəni düşünməkdən çox kombinasiyalı oyunumuzu düzəltməliyik.

Qeyd edək ki, Azərbaycan-Küveyt oyununda qalib müəyyənləşməyib – 1:1. Yığmamızın heyətində Sərhad Daşdəmir fərqlənib. U-19 hazırlıq çərçivəsində növbəti oyununu yanvarın 27-də Norveçin “Tromso” U-19 komandasına qarşı keçirəcək.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 179 dəfə oxunub
All rights reserved.
Error