25-01-2019 09:52:19

YAP Binəqədi rayon təşkilatı Azadlıq prospekti 183 Ərazi İlk Partiya Təşkilatı Gənclər Birliyinin hesabat-seçki yığıncağı keçirildi



21 yanvar 2019-ci il tarixdə Azadlıq prospekti 183 Ərazi İlk Partiya Təşkilatı Gənclər Birliyinin hesabat-seçki yığıncağı keçirildi. Hesabat-seçki yığıncağında Azadlıq prospekti 183 ƏİPT-nın sədri Zahid Canayev, 115 saylı orta məktəbin direktoru Məsud Babayev, YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, YAP Binəqədi rayon Təşkilatının baş təlimatçısı Rahil Şükürov, YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin fəalları və ərazi ilk partiya təşkilatının üzvləri iştirak etdilər.

Hesabat-seçki yığıncağını giriş nitqi ilə açan 115 saylı orta məktəbin direktoru Məsud Babayev iştirakçıları salamladı və gündəlikdə duran məsələlər barədə məlumat verdi. Bildirdi ki, iclasın gündəliyində Ziya Bünyadov 74 Ərazi İlk Partiya Təşkilatı Gənclər Birliyinin hesabatı, Birliyin yeni idarə heyəti, sədr və müavininin seçilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulub. Gündəlikdəki məsələlər səsə qoyularaq qəbul edildikdən sonra gündəlikdə duran məsələlərin geniş müzakirəsinə başlanıldı.

Yığıncaqda Azadlıq prospekti 183 Ərazi İlk Partiya Təşkilatı Gənclər Birliyinin fəal gənci Günay Yusifova hesabat məruzəsi ilə çıxış etdi. O, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi fəaliyyətin bu gün də dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Məhz dövlət başçısının uğurlu daxil siyasəti nəticəsində ölkəmizin sürətlə inkişaf etdiyini, bu uğura öz töhfəsini verən Yeni Azərbacan Partiyasının məqsədyönlü siyasi fəaliyyətindən bəhs etdi. Daha sonra təşkilat tərəfindən keçirilən tədbirlər haqqında məlumat verdi. Bildirdi ki, YAP Binəqədi rayon Təşkilatının Gənclər Birliyi ilə ərazi ilk partiya təşkilatı birgə uğurla fəaliyyət göstərir. Yeni gənc üzvlərin cəlb edilməsi, partiya üzvü olan gənclər ilə sıx ünsiyyətin qurulması, onların fikir və təkliflərinin reallaşdırılması istiqamətində bir sıra işlər görülüb və hazırda da bu işlər davam etdirilir.
Hesabat məruzəsi səsə qoyularaq qəbul edildikdən sonra ərazi ilk partiya təşkilatının 7 nəfərdən ibarət İdarə Heyəti seçildi. Ərazi İlk Partiya Təşkilatının sədri Zahid Canayev gündəlikdə olan ikinci məsələ - ərazi ilk partiya təşkilatının yeni sədrinin seçilməsi üçün gənc fəal Günay Yusifovanın namizədliyini irəli sürdü. Təklif nəzərə alınaraq səsə qoyuldu və təsdiq edildi. Ərazi İlk Partiya Təşkilatı Gənclər Birliyinin fəalı Sevil Hüseynova sədr müavini seçildi. Yeni sədr və sədr müavinləri çıxış edərək onlara göstərilən etimadı doğruldacaqlarını bildirdilər.
Daha sonra hesabat-seçki yığıncağında çıxış edən Rahil Şükürov, Fəsli Nəbiyev gənclərə öz tövsiyyələrini verdilər. Onları daha da fəal olmağa və partiyanın tədbirlərində, ictimai-siyasi həyatında yaxından iştirak etməyə çağırdılar. Yeni seçilən tərkibi təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdilər.

İclas digər məsələlər ətrafında fikir mübadiləsinin aparılması ilə yekunlaşdı.

Xəbər 199 dəfə oxunub
All rights reserved.
Error