14-03-2014 13:32:15

Millət vəkili Aydın Mirzəzadə kitab yazıb


 

bineqediyap.org.az// Bu gün millət vəkili Aydın Mirzəzadənin altıncı kitabı çapdan çıxıb. “Azərbaycan " nəşriyyatında nəfis şəkildə min tirajla çıxan kitab "Müdriklik dərsləri. I hissə" adlanır. Kitabda müəllif facebook  səhifəsində son bir  il ərzində hər gün bölüşdüyü  "Müdriklik dərsləri" (cəmi 200 dərs) toplanıb. Hər dərs ibrətamiz bir hekayətdir. Hekayətlərin bir hissəsinin müəllifi Aydın Mirzəzadə özüdür, bir hissəsi isə kitablardan və internet saytlarından toplanıb.

Kitaba ön sözü Milli Məclisin deputatı, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov yazıb.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitabların bir hissəsi milli kitabxanalarına, bir hissəsi universitetlərin kitabxanalarına bağışlanacaq. Bir hissəsi isə minimal qiymətlə satış üçün kitab mağazalarına veriləcəkdir.

Xəbər 381 dəfə oxunub
All rights reserved.