Avropa çempionatı: Azərbaycanın U-17 yığmasının seçmə mərhələdəki rəqibləri bəlli olub

Tarix: 03.05.2024

Azərbaycanın 17 yaşadək oğlan futbolçulardan ibarət milli komandasının Avropa çempionatının ilkin seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

Macarıstan, Yunanıstan və Rumıniya kollektivləri ilə 6-cı qrupda mübarizə aparacaq.

İlk raundun oyunları iyulun 1-dən noyabrın 19-dək mini-turnir formatında keçiriləcək.