Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Tarix: 24.04.2024

Azərbaycan avarçəkənləri Macarıstanın Seqed şəhərində keçiriləcək iki beynəlxalq turnirdə iştirak edəcəklər.Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından  bildiriblər ki, millinin heyətində Diana Dımçenko və Bəhmən Nəsiri Avropa Olimpiya Təsnifat Reqatasında mübarizə aparacaq. Reqlamentə əsasən, həm kişilərin, həm də qadınların mübarizəsində “A” finalında ilk 3 yeri tutacaq avarçəkənlər “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.

Yığmanın digər üzvü Ziya Məmmədzadə isə yüngül çəkili idmançılar arasında Avropa çempionatında qüvvəsini sınayacaq.

Hər iki yarış aprelin 25-28-də təşkil olunacaq.