Azərbaycan neftinin bir barrelinin qiyməti 66 dolları keçib

Tarix: 30.10.2019

Azərbaycan neftinin qiyməti bahalaşır.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,95 dollar artaraq 66,30 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

AZƏRTAC