Azərbaycanla Belarusun ticarət dövriyyəsi 113 milyon dollara yaxın olub

Tarix: 17.06.2020


Yanvar-may aylarında Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 113 milyon dollara yaxın olub.

Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Hesabat dövründə Belarusdan Azərbaycana ixracın dəyəri 48,1 milyon dollar, ölkəmizdən Belarusa isə 64,5 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının dəyəri 227 milyon dolları ötüb, bu da 2018-ci illə müqayisədə 23 milyon dollar çoxdur.