Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

Tarix: 29.03.2024

Aprelin 5-7-də Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində 33 ölkənin idmançıları iştirak edəcəklər.

Azərbaycan Güləş Federasiyasından  verilən məlumata görə, ən çox iştirakçı yunan-Roma güləşində olacaq. 117 idmançı yarışın ilk günündə güləşin klassik növündə mübarizə aparacaq.

Aprelin 6-da qadın güləşi üzrə 83 idmançı lisenziya sahiblərini müəyyənləşdirəcək.

Son yarış günündə isə 97 sərbəst güləşçi xalça üzərinə çıxacaq. Ümumilikdə Bakıda 297 güləşçi “Paris-2024” Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda mübarizə aparacaq.

“İticket” vasitəsilə bilet satışı davam edir. Artıq satışa çıxarılan biletlərin 1/3-i satılıb.

Xatırladaq ki, Avropa Olimpiya Təsnifat Turnirində hər çəkidə iki güləşçi “Paris-2024”ə vəsiqə qazanacaq.