Binəqədi rayonunda Silahlı Qüvvələrin yaranması günü və YAP Gənclər Birliyinin 25 illiyi qeyd edilib

Tarix: 25.06.2020


Binəqədi rayonunda Silahlı Qüvvələrin yaranması günü və YAP Gənclər Birliyinin 25 illiyi qeyd edilib.

25.06.2020-ci il tarixdə Binəqədi rayon İcra Hakimiyyəti və YAP Binəqədi Rayon Təşkilatının və təşkilatın Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 26 Iyun Silahlı Qüvvələr günü və YAP Gənclər Birliyinin yaranmasının 25 illik yubileyi münasibəti ilə Binəqədi rayonunda "Cümlə Gənclər Müştaqdır” adlı video konfrans keçirilmişdir. Konfransda Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyasını Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədr əvəzi Anar Əliyev və Gənclər Birliyinin şura üzvləri iştirak etmişlər.
Konfransı giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov tarixə nəzər salaraq Silahlı Qüvvələrin yaranması tarixi, ordumuz keçdiyi şərəfli və keşməkeşli yollar barədə konfrans iştirakçılarına ətraflı məlumat verdi. Daha sonra YAP-ın Gənclər Birliyinin yaranmasından danışaraq, hazırda Yeni Azərbaycan Partiyası gənclər birliyi ölkənin ən qabaqcıl gənlər təşkilatı kimi respublikamızın ictimai -siyasi həyatında mühüm rol oynadığını qeyd etdi.
Sonra çıxış üçün söz Binəqədi rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyevaya verildi. Aygün Əliyeva konfrans iştirakçılarını salamlayaraq, Silahlı Qüvvələrin və Gənclər Birliyinin yaranmasından,bu gün Azərbaycan Ordusunun Cənubi Qafqazın ən güclü ordusu olmasından danışaraq ordumuzun istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olduğunu qeyd etdi.YAP Gənclər Birliy barədə fikirlərini bölüşən Aygün Əliyeva YAP gənclərinin , o cülədən Binəqədi gənclərinin hər zaman cəmiyyətin ən aktiv dəstəsi olduğunu qeyd etdi,xüsusilə pandemiya dövründə onların fəaliyyətininə yüksək dəyər verdi.Eyni zamanda bütün gəncləri pandemiya ilə əlaqədar ehtiyatlı olmağa, bu çətin günlərdə daha fəal olmağa səslədi.
YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva çıxış edərək o da Konfrans mövzusu ilə bağlı vacib məqamlara toxundu. Gənclər Birliyinin uğurlarından danışdı və çıxışını "Biz Birlikdə Güclüyük" şüarı ilə tamamladı.
YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədr əvəzi Anar Əliyev çıxış edərək konfransın işinə yekun vurdu, hər kəsə uğurlar və sağlamlıq arzuladı.