Binəqədi rayonunun Xocəsən qəsəbəsində seçicilərlə görüş keçirilib

Tarix: 03.02.2024



2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində rayonunun Xocəsən qəsəbəsində seçicilərlə görüş keçirilib.

Tədbirdə öncə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatı Kamaləddin Qafarov, YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva, təşviqat qrupunun üzvü Fikrət Əliyev, şəhid atası Şahin Sadıqov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, dövlət başçısı İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində Azərbaycan sürətli inkişaf edib. Bu inkişaf tempini dünyanın ən aparıcı beynəlxalq təsisatları və ölkələri də etiraf edir. Azərbaycanın müxtəlif sahələrdə həyata keçirdiyi islahatlar, regional və beynəlxalq layihələr dünya tərəfindən öyrənilir və təqdir edilir. Bütün bunlar ölkə Prezidentin İlham Əliyevin təşəbbüskarlığı və rəhbərliyi sayəsində baş tutub.

Natiqlər çıxışlarında bütün seçiciləri seçkilərdə fəal olmağa və qalib xalqın qalib Lideri olan İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər bildiriblər ki, fevralın 7-də keçiriləcək seçkilərdə fəal iştirak edəcəklər, müzəffər Ali Baş Komandan, dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri olan Lider İlham Əliyevə səs verəcəklər.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.