Bokçumuz Tayfur Əliyev “Tokio 2020”yə lisenziya qazanıb

Tarix: 17.03.2020

Boks üzrə Azərbaycan milli komandası "Tokio 2020" Yay Olimpiya Oyunlarına ilk lisenziyasını qazanıb.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığmamızın heyətində Tayfur Əliyev (57 kq) bu hüquqa yiyələnib.

Avropa Oyunlarının mükafatçısı Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində dörddəbir finala yüksəlməklə "Tokio 2020"də iştirak hüququna sahib olub. İyirmi üç yaşlı boksçu səkkizdəbir finalda Edqaras Skurdelisdən (Litva) üstün olub. Rəqibi ilk hissədə zədələndiyindən döyüşü davam etdirə bilməyib və T.Əliyev qalib elan olunub.

Yarış gecə seansından sonra dayandırılacağından dörddəbir final qarşılaşması turnir bərpa olunduqdan sonra baş tutacaq.


AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)