Cüdo üzrə lisenziya xarakterli turnirlərin müddəti uzadılıb

Tarix: 11.03.2020

Beynəlxalq Cüdo Federasiyası (İJF) koronavirusun yayılması səbəbindən Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışları aprelin 30-dək təxirə salsa da, təsnifat dövrünü uzadıb.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, lisenziya xarakterli turnirlər iyunun 30-na qədər davam edəcək. Bu barədə İJF-in İcraiyyə Komitəsinin martın 10-da keçirilən iclasında məlumat verilib.

Qeyd edək ki, Beynəlxalq Cüdo Federasiyası bundan əvvəl Yekaterinburqda planlaşdırılan “Böyük Dəbilqə” turnirinin, həmçinin Tbilisi və Antalya Qran-prilərinin baş tutmayacağı barədə məlumat yayıb.


AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)