JAXA robotların Ryuqu asteroidində çəkdiyi fotoları dərc edib

Tarix: 05.10.2019

Yaponiya Aerokosmik Məkanın Öyrənilməsi Agentliyi (JAXA) ötən həftə Ryuqu asteroidinin səthinə enmiş robotların çəkdiyi fotoları dərc edib.

“MINERVA-II-1” adlı özüyeriyən qurğular asteroidin səthində tullanaraq hərəkət edir və fotolar çəkirlər. Fotolarda Ryuqu asteroidinin müxtəlif ölçülü və formalı daşlarla örtülmüş səthi aydın görünür.

JAXA eyni yerdə bir saat ərzində lentə alınan fotoları da ardıcıllıqla dərc edib. Fotolarda daşların kölgələrinin asteroidin Günəşə görə dönməsi nəticəsində formasını necə dəyişdiyi də aydın görünür.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)