Kənan Bədəlov: Kulinariyada ən yaxşı ədviyyat sevgidir

Tarix: 30.08.2023

Hətta ən nəfis və gözəl təqdim olunan təam da sevgi ilə hazırlanmış yeməyin yerini vermir, - deyə food-bloger hesab edir.

Bakı, 28 avqust, Tatyana İvanaeva, 

Sokratın vaxtında ən böyük sofistlərdən biri olan qədim yunan filosofu Prodik Keosski deyirdi ki, bütün ədviyyatların ən yaxşısı ocaqdır. Artıq on ildən az müddətdir ki, qida blogeri Kənan Bədəlov bu sözləri doğruluğunu sübut edir, o, yemək hazırlanması prosesinə təbii ecazkarlıq elementləri qatır. Bu vaxt ərzində onun yutub kanalında abunəçilərinin sayı milyon yarım daimi izləyiciyə qədər artıb, ümumi baxış sayı isə yarım milyardda yaxınlaşır. Anons da göstərir ki, bu, ləzzətli təam, bağ evində və öz mənzilində ailə ilə birlikdə vaxt keçirilməsi barədə səhifədir. Məhz öz doğmaları ilə yaxın olmaq səyləri və onlara öz əlləri ilə hazırlanmış xörəklər təqdim etmək arzusu ona gətirib çıxarıb ki, bir vaxtlar videoçarxlar hazırlanması üzrə uşaq əyləncəsi onu daha geniş auditoriyaya xitab etməyə vadar edib. Bütün proseslərin orijinal şəkildə təqdimatı abunəçiləri o dərəcədə cəlb edib ki, onlar bütün virtual coğrafi sərhədləri adlayaraq, heyrət dolu şərhlər yazırlar. Elə şərhlər ki, 40 milyon üzvü olan xüsusi “Taste Life” kanalı quzu ətindən piti hazırlanması videosunu da paylaşıb.

Kənanın özünün etiraf etdiyinə görə, onu sadə geyim stilini üstün tutan adi insan kimi tanıyırlar. O, daha çox idman üslubunu seçir, hər hansı uğuru qabardaraq nümayiş etdirən eyhamlardan uzaq durur. Bloger saqqal da saxlayır. O hesab edir ki, insanı qalstuk deyil, onun daxili aləmi gözəlləşdirir və bu, dünyada ən cəzbedici amildir... Elə təəssürat yaranır ki, növbəti təamın hazırlanması onun şəxsi fəlsəfəsidir. Əlavə edilən ədviyyatlar və ocağın tüstüsünün qoxusu dünyanın bir çox ölkələrindəki abunəçilərinin diqqətini cəlb edən aşkar bir sirdir. Onların bir çoxu Bakıya gələrkən şef-aşpaz Kənan Bədəlovun bürgerinin dadına baxmaq üçün şəhərin mərkəzinə yollanırlar. Lakin blogerin ən əsas “ədviyyatı” onun bağ evidir. O, məhz burada 

-Bu, Nardaranda mənə babamdan miras qalan klassik köhnə Abşeron bağ evidir və ona böyük sevgi ilə qulluq edirəm. Buranın xüsusi ab-havası var; tısbağa yavaş-yavaş hərəkət edir, kirpilər qaçır, itlər, müxtəlif ev heyvanları mövcuddur. Kanalda şərhlərin çoxunda bildirilir ki, insanlar bu cür atmosferdən ötrü darıxırlar. Həyətdə tut və əncir ağacları var, onların altında sanki nostalgiya hissi ilə əhatə olunursan...

-Demək olar ki, bağ evinin anturajını siz ən yaxşı ədviyyata transformasiya etmisiniz...

-Ən yaxşı ədviyyatdan danışanda mən hər dəfə deyirəm ki, bu, sevgidir! Razılaşın ki, hətta ən nəfis və gözəl təqdim olunan təam da sevgi ilə hazırlanmış yeməyin yerini vermir. Yeri gəlmişkən, yutub kanalında və Instragramda abunəçilərin sayı mənim sözlərimi təsdiq edir. İzləyicilərin marağı bununla bağlıdır ki, mən “haute couture” təamını anturaja uyğun məqamda hazırlayıram və bununla da proses öz-özlüyündə davam edir. Mənim bağ evimi istirahət məkanı kimi seçən dostlarım burada öz ayaqqabılarını çıxarıb ayaqyalın gəzir, manqalın yaxınlığında otururlar. Onlar hər dəfə qeyd edirlər ki, xörəklərin bağ evi şəraitində bişirilməsi sanki onların dadına hansısa bir ruh qatır. Burada qeyd etmək lazımdır ki, təxminən uzun onilliklər ərzində dəyişməyən bağ atmosferi ilə əhatə olunmaq həm də müxtəlif tarixçələrlə zəngindir. Bu səbəbdən qida da həmin görünməyən inqrediyentlərdən dad alır. Bu cür “ədviyyatla” heç bir nüfuzlu restoran rəqabət apara bilməz.

-Adətən, ocaq qadınların məsuliyyət zonası hesab olunur...

-Mübahisə etmirəm, qadın ocağın qoruyucusudur. Lakin bu mətbəx ocağına o qədər də şamil olunmur. Bu məsələdə dərin, hətta metafizik anlam var, o, bir az kulinariyadan uzaqdır. Məsələn, mənim həyat yoldaşım qaz plitəsinə dərhal alışa bilmədi. Xatırlayıram, biz yenicə evlənmişdik, aramızda onun yemək bişirməsi barədə çox maraqlı dialoq oldu. Onun makaronlar haqqında sözlərinə cavab olaraq dedim ki, onları qaynadırlar, bu səbəbdən həmin xörəyin bişirilməsi bacarıq kateqoriyasına aid deyil.

-Bu səbəbdən məcburi olaraq yemək bişirməyə başladınız?

-Daha çox şəxsi nümunə göstərmək istədim. Həm də müxtəlif ərzaqlardan növbəti xörək bişirmək mənim özüm üçün də maraqlıdır və bu, xoşuma gəlir. Bu prosesi mətbəx musiqisi kimi qəbul edirəm. Lakin səmimi etiraf edirəm ki, bu gün həyat yoldaşım da çox ləzzətli yeməklər bişirir. Hətta onun hazırladığı plov mənim ən yüksək tələblərimə uyğundur və ailəmizdə hamının bəyəndiyi anamın bişirdiyi plov kimidir. Onları ayırmaq demək olar ki, mümkün deyil. Həyat yoldaşım anamın plov bişirmə sirlərini yaxşı mənimsəyib.

-Qeyd etmək istərdim ki, sizin videomateriallarınızda qəhrəmanlardan biri də yutub kanalınızda iştirak edən qızınızdır...

-Qızımla bir yerdə yemək hazırlamaq mənə müqayisəedilməz dərəcədə zövq verir. Ondan başlayım ki, yaxşı bələd olduğum restoran biznesi həddindən artıq vaxt alır. Ailəli olmayanda sübh tezdən sonuncu müştəriyə qədər gərgin qrafik mənim üçün çətin deyildi. İndi isə, ailəmlə daha çox vaxt keçirmək istəyirəm. Uşaqlarımla birlikdə olmağa can atıram. Beləliklə, bu gün tapdığım format daha böyük gəlir gətirməsə də, mənim üçün optimaldır.

-Restoran biznesi ümumi bir komandanın mühüm rol oynadığı etimad və cəsarət işidir....

-Bir çoxları mənimlə razılaşmaya bilər, lakin insan cəsarətli olarsa, etimad öz-özünə yaranır. Burada söhbət hansısa döyüşkən iddialardan getmir. Məsələ daha çox qarşılıqlı münasibətlərin qurulması müstəvisində, işçilərə diqqətlə yanaşmaqdadır. Çalışqanlıq və şirkət tərəfindən mənim qarşımda qoyulan səviyyə, o cümlədən maddi tələblər də nəzərə alınmalıdır. Azərbaycanda “mərd insan” adlanan şəxslər çoxdur və onlar mənə etimad göstərir. Şahidi olduğum xırdalıqlara varmaqla bağlı hallar gördükdə tamamilə əks hisslər meydana çıxır, bəziləri çalışır ki, maliyyə cəhətdən onlardan aşağı olan insanları alçaltsın. Mən belə adamlarla bir səngərdə olmaq istəməzdim.

-Yəqin ki, siz zalı da diqqətlə izləyirsiniz...

-Bu təbii bir xəstəlikdir, restoran biznesi ilə məşğul olanlar üçün adi bir haldır. Hətta başqa restoranlarda olanda da peşəkar maraqla qeyri-ixtiyari ətrafa göz gəzdirirsən, incəlikləri görürsən. Xatırlayıram, hələ fransız mətbəxi restoranında maliyyə direktoru işləyəndə, bu vərdişdən qurtulmağa çalışırdım və sadəcə ünsiyyət qurmaq imkanı əldə etmək istəyirdim.

-Kanalın auditoriyasının dinamikasına da belə diqqət göstərirsiniz? Nail olmaq istədiyiniz hədəf kimi hər hansı bir rəqəm varmı?

-Demək olar ki, hər gün. Burada müəyyən bir ehtiras var, kanalın izləyicilərinin sayının çoxalması tempini müşahidə etmək istəyirsən. Əgər əvvəlcə bir milyon abunəçi hədəfi əlçatmaz hesab edilirdisə, onu keçdikdən sonra növbəti rəqəm hələ də müəyyən olunmayıb. Bu, əsas amil deyil. Qoy hər şey təbii olsun. Hər şeydən əvvəl mən ötən hər gündən və məşğul olduğum peşədən zövq alıram. Yeri gəlmişkən, videoçarxlarda mən tez-tez diqqəti nədən başlamağa cəlb edirəm və vurğulayım ki, hər hansı bir iş, layihə həmişə lotereya kimidir. Bir çox halların şahidi olmuşam ki, hətta ciddi maliyyə yatırımları da uğur gətirə bilməyib. Ona görə də videoblogerliyi yeganə gəlir mənbəyi kimi qiymətləndirmək lazım deyil. Öz haqqımda deyirəm, etiraf edirəm ki, əvvəlcə kanal mənim üçün daha çox biznes fəaliyyətimi digər formalarına xoş bir əlavə idi. Ona görə də risklər minimuma endirildi, həm də rəqəmsal formatdan ləziz yeməklər bişirmək və evdəkilərlə ünsiyyət üçün vasitə kimi istifadə etməyi arzuladım.

-Müasir restoran biznesi həm də özündə açıq mətbəx versiyasını ehtiva edir...

-Mənim praktikamda dəvət olunmuş şef-aşpaz olmayıb. Açıq mətbəx ilə ustad dərsləri arasında orta bir proqram olub.. Həm xaş, həm də müxtəlif burgerlər hazırlayırdıq. Lakin meydança yad idi və havada “sahiblərin qısqanclığı”nın qoxusu hiss olunurdu. Ona görə də həm açıq, həm də ziyarətçilərin gözündən uzaq qalmaqla, yalnız öz mətbəximdə olacağam.

-Mətbəxdə qısqanclıq?

-Belə hallar da olur. Gizlətmirəm ki, mən peşəkar tituluna iddia etmirəm. Bəli, mənim bu kateqoriyaya daxil olan dostlarım var. Onlar həmişə əziz qonağı olduğum restoranlardadır. Yeri gəlmişkən, məndən aşpaz olmağım barədə tez-tez soruşanda, dürüstlüklə cavab verirəm ki, mən həvəskaram. Hətta ləziz və əla yemək bişirməyim barədə fikirlərə münasibətdə öz həyatını bu peşəkar yola həsr etmiş insanları incitməmək üçün düşünərək cavab verirəm. Mən təvazökar insanam, öz bağ evimdə yemək hazırlayıram və başqa bir hədəfim də yoxdur. Bu, zərgər dəqiqliyi ilə menyu üçün xörək seçən, buna böyük vaxt sərf edən insanların əməyinə hörmət əlamətidir. Mən isə, hər gün onların mətbəxində heç vaxt tətbiq edilməyəcək yeni təamlar hazırlaya bilərəm. İndi şou variantına qayıdıram...Mən gördüm ki, videolarımda təqdim etdiyim həmin təamlar insanların xoşuna gəlir.

-Siz həm də inqrediyentləri canlı şəkildə təqdim edirsiniz...

-Gəlin bəri başdan deyim, heç bir canlı mənim əlimdən zərər çəkməyib. Bağ evində toyuqlar, qoyunlar, hind toyuqları, ördəklər rahat gəzir və qızımla oynayırlar. Bu, təmiz qurumuş epizodlar və fotoşəkillərdir. Onlarda əvvəlcə kadrda, sizin dediyiniz kimi, canlı inqrediyentlər görünür. Yemək hazırlanması prosesində isə yalnız bazardan alınmış və emal edilmiş ərzaqdan, o cümlədən ət və quş ətindən istifadə edirəm. Qeyd edim ki, insan öz mahiyyəti etibarilə yırtıcıdır və öz qida rasionunda heyvaların və quşların ətindən istifadə etməlidir. Mən özüm ətyeyənəm. Ova çıxmaq, o cümlədən balıq tutmaq da xoşuma gəlir. Zənnimcə, rasionda ətin olmaması yemək masası arxasından qalxanda aclıq hissi yaradır.

-Azərbaycan mətbəxini də ətsiz təsəvvür etmək mümkün deyil...

-Azərbaycan ərzaq məhsullarının çeşidləri ilə qeyri-adi dərəcədə zəngindir. Bir çox təamlar ətsiz hazırlanır. Lakin bu, mənə aid deyil. Mənim ən çox sevdiyim yeməklərdən biri duz və ədviyyatların əlavə olunduğu və manqala göndərdiyimiz kababdır.

-Kulinariya həm də yay və qış mətbəxinin fərqindən ibarətdir.

-Buna şübhə yoxdur. Məsələn, mənim 8 milyon baxış toplayan videoçarxımdan biri də xaş bişirilməsi ilə bağlıdır. Bu rəqəm mənim özüm üçün də gözlənilməz oldu. Həmin videoçarxdan sonra müxtəlif restoranlardan dəvətlər aldım və onlar müştərilərin “milyonçu xaş”ın dadına baxmasını istəyirdilər. Beləliklə, əgər Azərbaycan dilində “xaç atası” kəlməsi varsa, mənə də “xaş atası” ləqəbini veriblər.

-Sizin kadrda görünməyiniz yemək bişirməyinizlə yanaşı, həm də görkəminizlə də qiymətləndirilir...

-Aydındır ki, mənim xarici görkəmim də dəyişir. İlin hər hansı fəslində müxtəlif baş geyimləri, papaqlar məni maraqlandırır. Proses zamanı mən tamaşaçıları ətrafdakı mənzərə ilə də tanış edirəm. Axı mənim çəkiliş meydançam təbiət və bağ evidir. Qeyd edim ki, mənim kanalım sırf kulinar şou deyil. Bu, səmimi bir ünsiyyət platformasıdır. Özümlə, ətraf mühitlə təmasdır. Axı təbiətdə hər şey gözəldir və o, bizi həmişə cəlb edir.


https://azertag.az/xeber/kenan_bedelov_kulinariyada_en_yaxsi_edviyyat_sevgidir-2742707