Londonda keçirilən Avropa Olimpiya təsnifat turnirində boksçumuz səkkizdəbir finala yüksəlib

Tarix: 16.03.2020

Londonda boks üzrə Avropa Olimpiya təsnifat turniri davam edir. Yarışın ikinci günündə Azərbaycan millisinin daha iki üzvü mübarizəyə qoşulub.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, boksçularımızdan Cavid Çələbiyev (63 kiloqram) debütdə Kiril Rusinovla (Bolqarıstan) üz-üzə gəlib. Onaltıdabir final mərhələsi çərçivəsində baş tutan görüş gərgin alınıb. Qarşılaşma 4:1 hesabı ilə dünya çempionumuzun xeyrinə yekunlaşıb.

C.Çələbiyev növbəti döyüşündə irlandiyalı George Batesi sınağa çəkəcək. Görüş martın 17-də olacaq.

Digər boksçumuz Rauf Rəhimov (91 kiloqram) Mücahit İlyasla (Türkiyə) qarşılaşıb və məğlubiyyətə üzülüb.


AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)