Mikayıl Cabbarov: 2019-cu ildə vergi daxilolmaları 7,6 milyard manata çatıb

Tarix: 17.01.2020

Vergi sahəsində aparılan islahatlar nəticəsində “kölgə iqtisadiyyatı”nın həcmi azalmaqdadır. 2019-cu ildə vergi daxilolmaları tarixi maksimuma – 7 milyard 672,6 milyon manata çatıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə yanvarın 16-da 2019-cu ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, son 2 ildə dövlət büdcəsinə olan artıq ödəmələr 721,4 milyon manat həcmində azaldılıb. Ötən il qeyri-neft sektorundan vergi daxilolmaları üzrə proqnoz 109,1 faiz yerinə yetirilib ki, bu da indiyədək əldə edilmiş ən yüksək göstəricidir. Qeyri-neft sektorundan vergi daxilolmaları 458,3 milyon manat və ya 9,1 faiz artaraq 5 milyard 432,3 milyon manata çatıb. Bu sektordan daxilolmaların həcminin cəmi vergi daxilolmalarında xüsusi çəkisi 70,8 faiz təşkil edir. Qeyri-neft sektorundan daxilolmalar ƏDV üzrə 16,4 faiz, aksiz vergisi üzrə 4,7 dəfə, mənfəət vergisi üzrə isə 12,6 faiz artıb.


http://www.yap.org.az