Milli Məclisin növbəti plenar iclası keçirilir

Tarix: 16.10.2018

Oktyabrın 16-da Milli Məclisin növbəti plenar iclası keçirilir.

Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq gündəliyi təqdim edib. Bildirib ki, gündəliyə 17 məsələ daxildir.

İclasda “Banklar haqqında”, "İpoteka haqqında", "Lotereyalar haqqında", "İnzibati icraat haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Pasportlar haqqında", "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə ikinci oxunuşda baxılacaq.

Həmçinin deputatlar ikinci oxunuşda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsini müzakirə edəcəklər.

Bundan əlavə iclasda Mülki, Mülki Prosessual, Cinayət, İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələri nəzərdən keçiriləcək.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)