Monteneqroda dünyanın ən uzunmüddətli xəstəlik məzuniyyəti rekordu qeydə alınıb

Tarix: 17.08.2023

Monteneqroda dünyanın ən uzunmüddətli xəstəlik məzuniyyəti rekordu qeydə alınıb.

Rəsmi rəqəmlərə görə, 6 ildən çox müddətdə fasiləsiz xəstəlik məzuniyyəti götürən Monteneqro sakini dünyanın ən uzunmüddətli xəstəlik məzuniyyəti rekordunu qırıb. Ölkədə 6 ildən çox məzuniyyətdə olan işçi ilə yanaşı, 54 və 58 ay fasiləsiz xəstəlik məzuniyyəti götürən işçilər də var.

Qeyd edək ki, Monteneqro hər il keçirilən tənbəllik yarışları ilə gündəmə gəlir.



https://azertag.az/xeber/Monteneqroda_dunyanin_en_uzunmuddetli_xestelik_mezuniyyeti_rekordu_qeyde_alinib-2073245