Monteneqroda yumoristik ənənə: çox yatmaq yarışması

Tarix: 07.09.2023

Monteneqronun Nikşiç şəhəri yaxınlığında yerləşən Brezna etno kəndində ölkənin yumoristik ənənələrindən biri olan çox yatmaq yarışması keçirilir.

Cari ildə 12-ci dəfə keçirilən maraqlı yarışma avqustda 21 iştirakçı ilə başlayıb, hazırda 8 nəfər 14-cü günü - 300 saatı geridə qoyub. Yarışmanın qaydalarına əsasən, uzanaraq gününü keçirən iştirakçılara yatmağa, qida və içki qəbul etməyə, kitab oxumağa və telefondan istifadə etməyə icazə verilir. Lakin ayağa qalxmaq qayda pozuntusu hesab olunur. İştirakçılar hər 8 saatdan bir şəxsi ehtiyaclarını ödəyə bilirlər.

Yarışmanın qalibi 1000 avro mükafata yiyələnəcək və ölkənin “ən tənbəl vətəndaşı” olacaq.



https://azertag.az/xeber/monteneqroda_yumoristik_enene_chox_yatmaq_yarismasi-2744528