Qlobal elektrik enerjisi istehsalı 2040-cı ildə 38,7 milyard meqavat/saata çatacaq

Tarix: 13.11.2019

2040-cı ildə qlobal elektrik enerjisi istehsalının 38,7 milyard meqavat/saata çatacağı gözlənilir.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.

Bildirilir ki, keçən il 23 milyard meqavat/saat olan qlobal elektrik enerjisi tələbatı 2040-cı ilə qədər 34,5 milyard meqavat/saata yüksələcək.

Elektrik enerjisinə olan qlobal tələbatın böyük hissəsi - 18 milyard meqavat/saatı Asiya-Sakit Okean bölgəsindəki ölkələrdə və 5,6 milyard meqavat/saatı isə Şimali Amerikada formalaşacaq.

Keçən il 26,6 milyard meqavat/saat olan qlobal elektrik enerjisi istehsalı 45,4 faiz artaraq 2040-cı ildə 38,7 milyard meqavat/saata çatacaq. İstehsalda bərpaolunan enerji mənbələrinin payı 50 faizi keçəcək.

Bərpaolunan enerji mənbələrində bu dövrdə 26 milyard meqavat/saat elektrik enerjisi istehsal ediləcək. Ən böyük istehsal - 15,5 milyard meqavat/saat külək və günəş elektrik stansiyalarından təmin olunacaq. Bu stansiyaları 6,9 milyard meqavat/saatlı istehsalla su elektrik stansiyaları izləyəcək.

  AZƏRTAC