Ronaldo Portuqaliyadakı mehmanxanalarını ödənişsiz xəstəxanalara çevirəcək

Tarix: 16.03.2020

"Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo Portuqaliyadakı mehmanxanalarını ödənişsiz xəstəxanalara çevirəcək.

Portuqaliyalı ulduz xəstəxanalarda işləyəcək həkimlərin və digər işçilərin maaşlarını da özü ödəyəcək.

Qeyd edək ki, Ronaldo onunla eyni klubda forma geyinən Daniele Ruqaninin koronavirusa yoluxması səbəbindən Portuqaliyadan Turinə (İtaliyaya) qayıtmayıb.


AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)