Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatının altıncı turunun oyunları keçiriləcək

Tarix: 10.03.2020

Martın 10-da qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının altıncı turunun oyunları keçiriləcək.

Növbəti turda turnir cədvəlinin lideri Xanım Balacayeva Zeynəb Məmmədyarova ilə görüşəcək. Digər şahmatçılar, Səbinə Rzalı Türkan Məmmədyarova, Xəyalə Abdulla Mələk İsmayıl, Ayan Allahverdiyeva Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva Gülnar Məmmədova ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, ötən turların nəticəsinə görə, 4 xal toplayan X.Balacayeva turnir cədvəlinə başçılıq edir. G. Beydullayeva, G.Məmmədova isə liderdən 0,5 xal geri qalırlar.

Doqquz turdan ibarət turnir dairəvi sistem üzrə keçirilir.


AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)