Şuşada “Şuşanın səsi - Azərbaycanın səsi” adlı konfrans keçirilib

Tarix: 08.04.2024

Şuşa şəhərində Azərbaycan Milli Konservatoriyasının muğam kafedrasının “Səsin tədqiqi elmi laboratoriyası” və “Azerbaijan Voice Orqanization-LLC”nin birgə layihəsi olan “Şuşanın səsi - Azərbaycanın səsi 2” adlı elmi-praktik konfrans keçirilib 

Konfransda Azərbaycan muğam ifaçılarının səs aparatının akustik və fizioloji xüsusiyyətlərinin tədqiqi, “Şuşanın təbiəti, səsləri və oxuma mədəniyyəti”, “Qarabağ xanəndəlik sənətinə dair bəzi mülahizələr” və “Azərbaycan muğam xanəndəlik sənəti foniatrik tədqiqatlarda” mövzusunda elmi məruzələr dinlənilib.

Tədbirin bədii hissəsində Sədəf Budaqova və Gülzar Fərəcovanın ifasında musiqi nömrələri səsləndirilib.