Təlimatçılar

Tarix: 26.09.2019


Süleymanov Zamin Allahverdi oğlu 15 aprel 1985-ci ildə anadan olub. 2003-cü ildə Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və gömrük işinin təşkili fakültəsini bitirib.

2008-ci ilin oktyabr ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.

2012-ci ilin iyul ayından Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatında təlimatçı vəzifəsində çalışır.


İsmayılov Natiq Nazim oğlu 13 avqust 1990-cı ildə anadan olub. 2012-ci ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının iqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsini bitirib. 2014-cü ilin mart ayından 2015-ci ilin iyul ayınadək Binəqədi rayon İcra Hakimiyyətinin “1646” Sakinlərin Müraciəti Xidmətində məsləhətçi vəzifəsində çalışıb.

2009-cu ilin aprel ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ilin oktyabr ayından Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvüdür.

2015-ci ilin iyul ayından Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatında təlimatçı vəzifəsində çalışır.


Zeynalova Səbinə Sədi qızı 22 avqust 1975-ci ildə anadan olub. 1994-cü ildə Bakı Menecer-Biznes Kollecinin Menecer-hüquq fakültəsini bitirib. 1995-ci ilin may ayından 2003-cü ilin avqust ayınadək Bakı Dövlət Universitetinin hərbi kafedrasının anbar müdiri vəzifəsində çalışıb.

2008-ci ilin sentyabr ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. 2014-cü ilin may ayından Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Qadınlar Şurasının üzvüdür.

2009-cu ilin may ayından Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatında təlimatçı, daha sonradan kompüter-mütəxəssisi vəzifəsində çalışır.